Fələstinin baş naziri Məhəmməd Ştayye hökumətin istefasını prezident Mahmud Abbasa təqdim etdiyini bildirib.
Ednews "Sky Arabia"ya istinadən xəbər verir ki, baş nazir bu barədə mətbuat konfransında bildirib.
“Mən zənnimcə, növbəti mərhələ Qəzzada yeni reallığı və Fələstin birliyinə əsaslanan Fələstin konsensusunun zəruriliyini nəzərə alan yeni hökumət və siyasi tənzimləmələri tələb edir”.
Qeyd edək ki, Sky News Arabia-nın daha əvvəl verdiyi xəbərlərə görə, 2019-cu ildə vəzifəyə başlayan Ştayye həftənin sonuna qədər yeni texnokratik hökumət yaratmaq üçün istefa verməyi planlaşdırırdı.
Əkbər