20 yanvar Bakı qırğınına rəhbərlik edən SSRİ hökumətinin keçmiş rəhbəri Nikolay Rıjkov vəfat edib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko yayıb.
Mərhumun 94 yaşı var idi.
Xatırladaq ki, Rıjkov 1985-1991-ci illərdə SSRİ Nazirlər Sovetinin sədri olub. 2003-cü ildən Rıjkov Belqorod vilayətinin senatoru vəzifəsində çalışıb. Ötən ilin oktyabrında o, yaşı ilə əlaqədar mandatını vaxtından əvvəl təhvil verib.