Son onilliklərdə Yaponiya hökuməti aviasiya uçuşlarından yaranan səs-küyə görə təzminat kimi Amerika hərbi bazalarının yaxınlığında yaşayan insanlara təxminən 70,4 milyard yen (təxminən 467,4 milyon dollar) ödəyib.
Ednews xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin açıqlamasında bildirilib.
“Mainichi” qəzeti isə Tokionun müvafiq müraciətlərinə baxmayaraq, ABŞ-ın heç bir ödəniş etmədiyini yazıb.
Qeyd edək ki, Amerikanın beş bazasına yaxın ərazilərin sakinləri tərəfindən müxtəlif vaxtlarda çoxsaylı iddialar qaldırılıb.
Oğuz