Dünyanın ən aşağı doğum nisbətinə sahib olan və bu tendensiyanın qarşısını almaq üçün 2006-cı ildən bəri milyardlarla dollar xərcləyən Cənubi Koreyada qadına düşən orta doğum sayı 0,72-yə düşüb.
Ednews ntv.com-a istinadən xəbər verir ki, Cənubi Koreyada demoqrafik böhran davam edir. Ailələri daha çox uşaq sahibi olmağa inandırmaq üçün nəzərdə tutulan milyardlarla dollarlıq hökumət siyasətinə baxmayaraq, doğum nisbətləri əksinə getdi.
Hazırda dünyada ən aşağı doğum səviyyəsinə malik olan ölkə 2023-cü ildə yeni rekordla daha aşağı səviyyəyə düşüb.
Cənubi Koreyanın əhalisinin ardıcıl dördüncü ildir ki, azaldığına dair məlumatlar yayılıb.
Məlumat qonşu Yaponiyada əhalinin sayında rekord azalma və İkinci Dünya Müharibəsindən bəri ən aşağı nikahların sayı barədə məlumat verdikdən qısa müddət sonra gəldi.
Hökumətə bağlı bir təşkilat olan Koreya Statistikasının ilkin məlumatlarına görə, Cənubi Koreyalı bir qadının həyatı boyu uşaqlarının orta sayı 2022-ci ildə təxminən 8% azalaraq 0,78-dən 0,72-yə düşüb.
Xəyal Ramiz