Vatikandakı Müqəddəs Pyotr Meydanına baxan ofisinin pəncərəsindən bazar ibadət mərasimini keçirən Papa Fransisk "Lütfən dayanın! Hamımız bunu deyirik: Bəsdir, lütfən" deyib.
Ednews zdf.de əşrinə istinadən xəbər verir ki, katoliklərin ruhani lideri Papa Fransisk Qəzzada vəziyyətə "bəsdir" deyib və atəşkəs danışıqlarının davam etdirilməsini təşviq edib.
Bu yolla daha yaxşı bir dünyanın qurula biləcəyini sual altına aldığını ifadə edən Papa, "Həqiqətən bu yolla sülhə nail ola biləcəyimizi düşünürükmü? Lütfən, dayanın! Hamımız deyirik: Bəsdir, lütfən".
Papa Fransisk davam etdi: “Mən Qəzzada və bütün regionda dərhal atəşkəsin yaradılması üçün danışıqların davam etdirilməsini təşviq edirəm ki, girovlar dərhal azad olunsun və öz yaxınlarına qaytarıla bilsinlər, mülki əhali isə lazımi və təcili humanitar yardımları təhlükəsiz şəkildə əldə edə bilsin”.
Xəyal Ramiz