ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland yaxın həftələrdə vəzifəsini tərk edəcək.
Ednews xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken məlumat yayıb.
O bildirib ki, Nuland öz istəyi ilə təqaüdə göndəriləcək:
"Viktoriya Nuland mənə bildirdi ki, o, yaxın həftələrdə vəzifəsini tərk etmək niyyətindədir. Viktoriyanın səlahiyyət müddəti 6 Prezident və 10 Dövlət Katibinin yanında 30 ildən artıq dövlət qulluğunu əhatə edir".
Qeyd edilib ki, onun yerinə yeni təyinat olana qədər bu vəzifəni müvəqqəti olaraq dövlət katibinin idarəetmə üzrə müavini Con Bass icra edəcək.