"Ramazan ayında müsəlmanların Əqsanı ziyarət etmələrini qadağan etmək tamamilə cəfəngiyyatdır".
Ednews xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin dövlət başçısı Mahmud Abbasla keçirdiyi birgə mətbuat konfransında deyib.
Türkiyə prezidenti Ərdoğan müqəddəs Ramazan ayı ərəfəsində təxribatların qarşısının alınmasının vacibliyi ilə bağlı bəyanatla İsrailə müraciət edib. O, radikal israilli siyasətçilərin müsəlmanların Əl-Əqsa məscidinə girişini məhdudlaşdırmaq tələblərini tənqid edib.
O, həmçinin çıxışında Fələstinin qəlbində xüsusi yeri olduğunu və hər zaman onların yanında olacağını da vurğulayıb.
Əkbər