Martın 11-də 93 yaşı tamam olacaq media maqnatı Rupert Merdok evlənir.
Ednews xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Bildirilib ki, o, 67 yaşlı Elena Jukovaya evlilik təklifi edib.
Məlumata görə, məclis iyunun 1-də Merdokun Kaliforniyadakı malikanəsində baş tutacaq.
Qeyd edək ki, bu, sərvəti 17 milyard dollar olan media maqnatının beşinci evliliyidir.