Putin 1956-cı ildə Rusiya ilə İngiltərə arasında imzalanan balıqçılıq müqaviləsini ləğv edib.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, britaniyalı balıqçılar artıq Rusiyanın Barents dənizi sahillərində balıq tuta bilməyəcəklər.
Rusiya prezidenti Vladimir Putin İngiltərə ilə 1956-cı ildə imzalanmış balıqçılıq müqaviləsini ləğv edib.
Putinin imzaladığı fərmanla Britaniya balıqçılarına Rusiyanın Barents dənizi sahillərində balıq tutmaq qadağan edilib.
1956-cı ildə İngiltərə ilə Sovet İttifaqı arasında imzalanan müqavilə çərçivəsində İngilis balıqçı gəmiləri Barents dənizinin müəyyən bölgələrində balıq tuta bilərdi.
Müqavilə Sovet İttifaqının dağılmasından sonra Rusiya ilə İngiltərə arasında həyata keçirilməyə davam etdi.
Rusiya parlamentinin aşağı palatası olan Dumanın spikeri Vyaçeslav Volodin ötən ay verdiyi açıqlamada ingilislərin 68 ildir rus balığı ilə qidalandığını və “İndi arıqlasınlar, daha ağıllı olsunlar” demişdi.
Xəyal Ramiz