Teslanın Almaniyada tam gücü ilə istehsalı vaxt aparacaqTeslanın Almaniyadakı fabrikinin yandırılması nəticəsində bağlanmasının gündəlik satışdan 60 milyon avroya başa gəldiyi açıqlanıb.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla tərəfindən başladılan qiymət müharibəsinin ortasında rəqabətin yüksək olduğu və tələbatın az olduğu elektrikli avtomobil bazarında Tesla-nı çətin vəziyyətə salan bir inkişaf baş verdi.
Teslanın Almaniyadakı fabriki keçən həftə yaxınlıqdakı elektrik ötürücü qüllənin yandırılmasından sonra bağlanmışdı. Teslanın Almaniyadakı fabrikinin müdiri Andre Thierigin verdiyi açıqlamaya görə; Zavod yenidən elektrik şəbəkəsinə qoşulsa da, onun tam gücü ilə işləməsi üçün müəyyən vaxt lazımdır. Fabrik bağlı qaldığı hər gün 60 milyon avro dəyərində satışların qaçırılmasına səbəb olur. Elektrikli avtomobil sənayesində davam edən mübarizələrlə birləşən bu hadisə Teslanı daha da çətin vəziyyətə salır. Sektorda rəqabət hələ də davam edir.
Xəyal Ramiz