Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində seçki bülletenlərinin 100 faizinin sayıldığını açıqlayıb.
Ednews xəbər verir ki, seçki bülletenlərinin 100%-i hesablandıqdan sonra Vladimir Putin - 87,28%, Nikolay Xaritonov - 4,31%, Vladislav Davankov - 3,85%, Leonid Slutskinin - 3,20% səs topladığı məlum olub.
Qeyd edək ki, Rusiyada keçirilən prezident seçkilərinin yekun nəticəsi martın 21-i açıqlanacaq.