Bolqarıstan 31 mart tarixindən etibarən Avropa İttifaqında sərbəst hərəkəti təmin edən Şengen zonasına qoşulacaq.
Ednews ntv.com.tr-ə istinadən xəbər verir ki, bu səbəbdən Bolqarıstan hakimiyyəti Türkiyə sərhədində nəzarəti gücləndirib.
Həmzəbəyli Sərhəd Qapısında əməliyyatların ləng getməsi səbəbindən 20 kilometrlik yük maşını növbəsi yaranıb.Bolqarıstan və Rumıniya martın 31-dən etibarən Avropa İttifaqı daxilində sərbəst hərəkəti təmin edən Şengen zonasına qismən qoşulacaq.
İnkişafdan sonra Türkiyədən Bolqarıstana açılan Həmzəbəyli Sərhəd Qapısı ilə üzbəüz Lesovoda Bolqarıstan gömrüyündə nəzarət gücləndirilməyə başlanıb.Nəzarətlərin artması ilə son günlər Türkiyədən aldıqları yükləri Avropa ölkələrinə aparmaq üçün sərhəd qapısına gələn yük maşınları üçün uzun növbələr yaranıb.
Xəyal Ramiz