Danimarka təhlükəsizlik və kəşfiyyat xidməti PET ölkədə terror təhlükəsinin artdığını bildirib və ümumi təhlükə səviyyəsini 5-dən 4-ü olaraq qiymətləndirib.
Ednews cumhuriyyet nəşrinə istinadən xəbər verir ki, Danimarkanın təhlükəsizlik və kəşfiyyat xidməti PET , İsrailin Qəzzaya hücumları və keçən il Danimarkada bir sıra Quran yandırma hadisələri səbəbindən ölkədə terror təhlükəsinin artdığını bildirdi.
PET ümumi təhlükə səviyyəsini 5-dən 4-də qiymətləndirdi, lakin bu səviyyədə risklərin artdığını söylədi.
Keçən il Danimarka və İsveçdə anti-islamçılar çoxlu Quran yandırma aksiyası həyata keçiriblər.
Dekabr ayında Danimarka parlamenti müsəlman ölkələri ilə gərginliyi azaltmaq məqsədi ilə Quranın ictimai yerlərdə yandırılmasını qanunsuz edən qanun qəbul edib.
Xəyal Ramiz