Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen, üzv ölkələrin liderlərinin Aİ-nin sanksiyalar rejimi çərçivəsində dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirin Ukraynaya verilməsi ilə bağlı prinsipial razılığa gəldiyini bildirib. Yayda konkret icraya başlanılacağı gözlənilir. Aİ-nin Brüsseldə keçirilən sammitinin ilk gün sessiyaları başa çatıb.
Ednews ntv.com.tr-ə istinadən xəbər verir ki, komissiyanın sədri Ursula fon der Leyen sessiyaların sonunda keçirilən mətbuat konfransında Ukrayna ilə bağlı bölmənin nəticələrini bölüşüb .
Liderlərin Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell-in Rusiyanın Aİ-dəki dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya transferi ilə bağlı təklifini məqsədəuyğun hesab etdiklərini ifadə edən von der Leyen, “Bu, hərbi texnikanın maliyyələşdirilməsini təmin edəcək. "Biz 2024-cü il üçün təxminən 3 milyard avro və buna bənzər məbləğlərin yaxın illərdə toplanacağını gözləyə bilərik." dedi.
Rusiya və Belarusun taxıl, yağlı bitkilər və törəmə məhsullarına gömrük rüsumlarının artırılması ilə bağlı təklif hazırladığını açıqlayan fon der Leyen detalları sabah açıqlayacağını qeyd edib.
Xəyal Ramiz