Knesset İsraildə düşmən medianın bağlanmasına icazə verən qanunu təsdiqləyib.
Ednews xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Bildirilib ki, düşmən medianın bağlanmasına icazə verən qanun üçüncü oxunuşda təsdiqlənib.
Qanunun lehinə 71, əleyhinə isə 10 deputat səs verib.
İsrailin Baş naziri Benyamin Netanyahu Knesset qanunu təsdiqlədikdən sonra "Əl-Cəzirə"nin İsraildən yayımını dayandırmaq üçün dərhal hərəkətə keçəcəyini vəd edib.