Rusiya prezidenti Vadimir Putin "Crocus" konsert zalına edilən hücumdan sonra hərbi səfərbərliyə könüllü yazılanların sayının kəskin artdığını bildirib.
Ednews Reuters-ə istinadən xəbər verir ki, ilin əvvəlindən 100 min nəfər sakin könüllü səfərbər olub. Təkcə son 10 gündə 16 min nəfər orduya yazılıb.
Vətəndaşlar arasında aparılan müsahibəyə əsasən bəlli olub ki, vətəndaşlar terror hücumundan sonra qisas almaq arzusundadırlar. Rusiya Müdafiə Nazirliyi ölkənin ən böyük şəhərlərində insanların qisas hissi ilə yaşadığını vurğulayıb.
Qeyd edək ki, hücum terror qruplaşması İŞİD tərəfindən öhdələnib.
Fərid