Rusiya Crocus konsert zalına edilən terror hücumunun Ukrayna tərəfindən həyata keçirildiyini açıqlayıb.
Ednews Rusiya mediasına istinadən xəbər verir ki, Moskva aparılan araşdırmalar zamanı hücumun Ukrayna xüsusi dövlət orqanlarına birbaşa əlaqəli olduğu ortaya çıxıb.
Moskvanın açıqlamasına görə Kiyev höküməti tamamilə ABŞ tərəfindən idarə olunur.
"Onlar bizi inandırmağa çalışırlar ki, bu hücumu Kiyev yox, islam terrorist qruplaşması həyata keçirib. Bu cinayəti kimin həyata keçirtdiyini tapmaq həyati əhəmiyyət daşıyır. İŞİD və Əl-Qaidə kimi ABŞ tərəfindən yaradılan terrorist təşkilatları Rusiyaya qarşı yönəldilir".
Bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev bildirib.
Onun sözlərinə görə Moskva bu hücumun Ukrayna tərəfindən edildiyini bilir. Lakin hələ ki, ciddi addımların atılması üçün tezdir.
Fərid