Finlandiya Ukraynaya 23-cü hərbi yardım paketini göndərəcək.
Ednews xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubbın ofisi məlumat yayıb.
“Kiyevdə səfərdə olan prezident Stubb Finlandiyanın Ukraynaya 23-cü müdafiə yardımı paketini göndərmək qərarından da danışıb. Onun dəyəri 188 milyon avro təşkil edir”, - deyə məlumatda qeyd edilib.