Yaponiyanın Honsyu adasının şimal-şərq sahillərində altı bal gücündə zəlzələ baş verib.
Ednews TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Mənbə yazır ki, zəlzələnin episentri Fukusima prefekturasında, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan olunmayıb.