İsrailin Romadakı səfirliyi təhlükəsizlik səbəbindən fəaliyyətini dayandırıb.
Ednews xarici KİV-ə istinadən xəbər verir ki, səfirlik İrandan gələn təhdidlərlə əlaqədar olaraq müvəqqəti bağlanıb.
Bildirilib ki, qərar sadəcə ehtiyat xarakteri daşıyır.
Qeyd edək ki, aprelin 1-də İsrail hərbçiləri Dəməşqdə İran konsulluğunun yerləşdiyi əraziyə raket hücumu ediblər. Nəticədə konsulluq binası tamamilə dağılıb, səfirlik əməkdaşlarından ölən və xəsarət alan olub.
Bundan sonra İran rəhbərliyi hücuma layiqli cavabın veriləcəyinə dair açıqlama verib.