Məşhur türk bloger Ruhi Çenetin 9 milyon izləyicisi olan “YouTube” kanalı oğurlanıb.
Ednews xəbər verir ki, o, bu barədə “Instagram” hesabında məlumat yayıb.
Çenetin 9 milyonluq hesabı oğurlandıqdan qısa müddət sonra adı "Ripple" olaraq dəyişdirilib.
Kanalda investisiya tövsiyələrinin yer aldığı videonun yayımlandığını görən Çenet “Instagram” hesabında izləyicilərinə xəbərdarlıq edərək, "Kanalımız oğurlanıb, bu saxta yayımlara inanmayın" deyib.