Amerika Birləşmiş Ştatlar qoşunlarının İraqdan tam çıxarılmasının vaxtını və ümumiyyətlə, mümkünlüyünü hələlik proqnozlaşdıra bilmir.
Ednews-un məlumatına görə, bu barədə “RİA” Novosti ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən xəbər verir.
“Hazırkı mərhələdə biz bunun necə bitəcəyi ilə bağlı spekulyasiya etməyə hazır deyilik”- deyə, Amerika rəsmisi bildirib.
Eyni zamanda, Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, İraqın baş naziri Məhəmməd əl-Sudaninin Vaşinqtona səfəri zamanı bu məsələ əsas mövzulardan biri kimi müzakirə olunacaq.