Qırğızıstan Rusiya hüquq-mühafizə qüvvələrinin ölkəsinin Moskva səfirliyinin müşavirinin ailə üzvlərinə qarşı hərəkətləri ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.
Ednews xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən verilən məlumata görə, Konsulluqda Rusiya Federasiyası səfirliyinin müşaviri Andrey Buriyev ilə görüş keçirilib. Görüş zamanı Qırğızıstan tərəfi Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının Moskvadakı Qırğızıstan səfirliyinin müşaviri ailə üzvləri ilə bağlı “Diplomatik münasibətlər haqqında 18 aprel 1961-ci il Vyana Konvensiyasının” müddəalarını kobud şəkildə pozan hərəkətlərindən narahatlığını bildirib.
Bildirilib ki, Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən Qırğızıstan Respublikasının diplomatik nümayəndəliyinin akkreditə olunmuş əməkdaşlarına qarşı həyata keçirilən bu cür hərəkətlər yolverilməzdir, ciddi araşdırma aparılmalı və günahkarlar tez bir zamanda məsuliyyətə cəlb edilməlidir.
Xəyal Ramiz