Rusiya Xarici İşlər Nazirliyi 22 Britaniya vətəndaşının, o cümlədən dövlət qurumlarının nümayəndələrinin ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.
Ednews odatv-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İngiltərənin Rusiyaya qarşı “aqressiv” siyasət yürütdüyü və “düşməncəsinə” hərəkətlər etdiyi bildirilib .
Bəyanatda cavab olaraq 22 Britaniya vətəndaşının Rusiyaya girişinə qadağa qoyulduğu və sözügedən adların yer aldığı siyahının dərc edildiyi qeyd olunub.
Böyük Britaniyanın dövlət qurumları, İT və hüquq xidmətləri sektorlarında fəaliyyət göstərən şirkətlərin nümayəndələri də siyahıya daxil edilib.
Rusiya və Böyük Britaniya vaxtaşırı bir-birinin vətəndaşlarına qarşı sanksiyalar tətbiq edir.
Xəyal Ramiz