İsrailə ümumilikdə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 ballistik raket vasitəsilə hücum edilib.
Ednews xəbər verir ki, bu haqda informasiyanı “The New York Times” yayıb.
ABŞ-nin “CNN” nəşri isə bu gün səhər təxminən bir saat ərzində Livandan İsrail ərazisinə 55-dən çox raketin buraxılması ilə bağlı məlumat tirajlayıb.
Bir müddət sonra SEPAH-nin Telegram kanalı İranın müxtəlif bölgələrində İsrailə hücum etməyə hazır olan 2000 raketin yerləşdirilməsi haqda xəbər verib.