2011-ci ildə Yaponiyada baş verən zəlzələdən sonra sunami nəticəsində zədələnmiş Fukusima Dai-i-i Atom Elektrik Stansiyasının radioaktiv tullantı sularının okeana axıdılmasının üçüncü mərhələsi sabah başlayacaq.
Ednews gazeteduvar-a istinadən xəbər verir ki, zavodun operatoru Tokyo Electric Power (TEPCO) şirkətinin bəyanatına görə, aprelin 1-də başlayan 2024-cü maliyyə ilinin ilk tullantı sularının axıdılması mərhələsi 19 aprel - 7 may tarixləri arasında həyata keçiriləcək.
Bu mərhələdə 7 min 800 ton tullantı su atılacaq.
2025-ci il martın 31-də başa çatacaq 2024-cü maliyyə ili ərzində əməliyyat şirkəti 7 axıdma mərhələsində ümumilikdə 54,6 min ton çirkab suyunu okeana axıdmağı planlaşdırır. Şirkət 31 mart 2024-cü ildə başa çatan 2023-cü maliyyə ili ərzində 4 müxtəlif fazada ümumilikdə 31.200 ton çirkab suyu Sakit Okeana axıdıb.
Birinci mərhələ 24 avqust-11 sentyabr, ikinci mərhələ 5-23 oktyabr, üçüncü mərhələ 2-20 noyabr və dördüncü mərhələ 28 fevral-17 mart tarixlərini əhatə edib.
Elektrik stansiyasında və dəniz suyunda aparılan yoxlamalar zamanı dəniz sularında və balıq məhsullarında radioaktivliyin səviyyəsinin hökumət tərəfindən müəyyən edilmiş standartlardan xeyli aşağı olduğu bildirilib.
Xəyal Ramiz