"İran-İsrail münaqişəsi fonunda İŞİD qruplaşması canlanmaqdadır".
Ednews xəbər verir ki, “Al-Monitor”nəşrinə görə, İŞİD terror təşkilatı Suriyada dirçəlmək üçün İsrail və İran arasındakı qarşıdurmadan istifadə edir.
Məlumata görə, İsrail və ABŞ-nin hava hücumları və Suriya Demokratik Qüvvələrinin koordinasiyasının olmaması səbəbindən İranın dəstəklədiyi qüvvələrin hərəkəti zamanı İŞİD əməliyyatlarını gücləndirib və Rəqqə ilə Deyr əz-Zor şəhərlərini ayıran həyati əhəmiyyətli magistralın hissələrini zəbt edib.
Bildirilib ki, bölgədə artan qeyri-sabitlikdən, İran və İsrail arasında görünməmiş hərbi qarşıdurmadan istifadə edən İŞİD tədricən “vur-qaç” taktikasından istifadə edir.
Qeyd edək ki, “Al-Monitor”da bu haqda çıxan məqalədə yazılıb: “İŞİD Mosulu ələ keçirmək ssenarisinə hazırlaşır və İranın Dəməşqdəki konsulluğuna hücumdan sonra mövcud gərginlik qruplaşmanın istifadə edə biləcəyi boşluq yaradıb”.
Əkbər