Polşanın xarici işlər naziri Radek Sikorski cümə axşamı parlamentdə deyib ki, Rusiyanın NATO-ya hücumu Moskva üçün məğlubiyyətlə başa çatacaq, lakin NATO müdafiə büdcəsini artırmalıdır.
Ednews Euronews-a istinadən bildirirki, Sikorski çıxışında Polşanın inkişafı və təhlükəsizliyinin həm Trans-Atlantik əməkdaşlığa, həm də Avropaya inteqrasiyaya əsaslanmalı olduğunu və qlobal çağırışlara görə məsuliyyət daşımağa hazır olduğunu müdafiə etdi. Onun sözlərinə görə, Polşa Avropa İttifaqının gündəliyini müəyyən edən ölkələr qrupuna qayıtmaq istəyir. NATO və Avropa Birliyinin üzvü olan Polşa hər ikisinin şərq cinahındadır və Ukraynadan əlavə Rusiya və Belarusla həmsərhəddir. Bu, Qərbin Ukraynaya gedən silahları üçün əsas mərkəzdir. Bu həftə Tusk NATO-nun baş katibi Yens Stoltenberq və Böyük Britaniyanın baş naziri Rişi Sunakı ziyarət edib. Sonuncu Ukraynaya hərbi yardımı əhəmiyyətli dərəcədə artırdığını, həmçinin ölkəsini onilliyin sonuna qədər hər il ÜDM-nin 2,5%-ni müdafiəyə xərcləməyi öhdəsinə götürdüyünü açıqladı.
Nahid