Türkiyənin Mərkəzi Seçki Komissiyası (MSK) martın 31-də yerli hakimiyyət orqanlarında keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb.
Ednews xəbər verir ki, bu barədə MSK-nın sədri Əhməd Yener jurnalistlərə açıqlamasında məlumat verib.
“Seçkilərdə 57,7 milyon Türkiyə vətəndaşı iştirak edib, seçici fəallığı 78,1% təşkil edib. Səsvermə sakit şəraitdə keçib, nəticələrinə təsir edəcək ciddi pozuntu halları qeydə alınmayıb”, - deyə Yener qeyd edib.
O bildirib ki, seçki prosesində yol verilmiş pozuntulara görə bəzi yerlərdə iyunun 2-də təkrar seçkilər keçiriləcək.