Qabondakı hərbi xunta administrasiyası Fransanın ölkədəki hərbi bazasının bağlanması və Parislə müdafiə müqavilələrinin yenidən qiymətləndirilməsi ilə bağlı milli dialoq iştirakçılarına hesabat təqdim edib.
Ednews haber.sol.com-a istinadən xəbər verir ki, Mərkəzi Afrika ölkəsi Qabonda siyasi komissiya bu ölkədəki Fransa hərbi bazasının bağlanmasını və Parislə müdafiə müqavilələrinə yenidən baxılmasını istəyib.
Radio France Internationale (RFI) xəbər verir ki, bu təklif Qabonun hərbi hökumətinin ölkənin mülki idarəçiliyə qaytarılması məqsədi ilə toplanan paytaxt Librevildə davam edən milli dialoq zamanı hesabatında təqdim edilib.
Bildirilir ki, qərar aprelin 2-də başlanmış və çərşənbə axşamı yekunlaşması gözlənilən İnklüziv Milli Dialoq (DNI) iştirakçılarının ümumi yığıncağında qəbul olunacaq.
Fransanın Librevil şəhərinin şimalındakı bazasında Qabon əsgərlərinə təlim keçmək vəzifəsi daşıyan təxminən 400 əsgər var. Sentyabr ayında Paris uzun müddətdir prezident Əli Bonqonu devirən hərbi çevrilişə cavab olaraq ölkə ilə hərbi əməkdaşlığı müvəqqəti olaraq dayandırıb. Lakin əməliyyatlar dayandırıldıqdan cəmi bir həftə sonra Fransa Silahlı Qüvvələr Nazirliyi əməliyyatların “tədricən” bərpa ediləcəyini açıqladı.
Xəyal Ramiz