Azərbaycan və Ermənistan xarici işlər nazirləri 3 aydan sonra yenidən bir araya gələcək. Ceyhun Bayramov və Ararat Mirzoyan mayın 10-da Almatıda görüşəcək. Qazaxıstanda sülh sazişi imzalana bilərmi?
Məsələ ilə bağlı gürcü politoloq Gia Xuxaşvili Ednews-a açıqlamasında bildirib ki, Azərbaycan yaxın gələcəkdə də inkişaf etməyə davam edəcək:
“Hər halda, Azərbaycan bütün dünyaya sübut etdi ki, Prezident Əliyevin müdrik rəhbərliyi altında öz milli maraqlarını qorumaq üçün bütün imkanlara malikdir. Buna görə əminəm ki, ölkənizdəki vəziyyət yaxşı olmağa davam edəcək və ölkəniz xalqın xeyrinə irəliləməyə, inkişaf etməyə və çiçəklənməyə davam edəcəkdir. Sülh müqaviləsinin imzalanmasına mane ola biləcək ikitərəfli amillər görmürəm. Bu cür amillər yalnız gələcək dünya nizamı üçün böyük, qlobal bir oyun olduğuna əsaslanaraq kənar ölkələrdən yarana bilər. Mən çox ümid edirəm ki, Qafqaz sülh oyununda mərclərdən biri olmayacaq”.
Xəyal Ramiz