Fransa prezidenti Emmanuel Makron Olimpiadadan əvvəl “yoxsulluğu gizlətmək” üçün Sena sahillərindəki evsiz düşərgələri təmizləmək üçün xüsusi qüvvələr göndərib.
Ednews xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bildirilib ki, miqrantlardan biri nəşrə bildirib ki, onlar hazırda qorxu içində yaşayırlar, çünki hakimiyyət onları burada istəmir.
Nəşr yazır ki, bu addımda əsas məqsəd xarici nümayəndə heyətləri gəlməzdən əvvəl Parisdən bütün çadırların və yataq çantalarının yığışdırılmasına nail olmaqdır.