Sanksiyalardan sonra bir çox xarici markanın tərk etdiyi Rusiyada ikinci əl məhsullara tələbat artmaqda davam edir. Avito və Sbermarketing-in məlumatlarına görə, ötən il ölkənin bəzi bölgələrində ikinci əl hazır geyim məhsullarına tələbat 57 faiz artıb.
Ednews “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, 2024-cü ildə “ikinci əl” məhsullara tələbatın ən azı 30 faiz artacağı gözlənilir.
Ötən il Rusiyada ikinci əl hazır geyim məhsulları alan aparıcı müştərilər 12-27 yaş qrupunda olanlar olub.
Xarici brendlər Rusiyanı tərk etməyə başladıqdan sonra 2022-ci ilin yanvar-avqust aylarında Rusiyada ikinci əl hazır geyim məhsulları satan mağazaların satış həcmində 2,5 dəfə artım qeydə alınıb.
Xəyal