Özünü müxalifət hesab edən keşiş Baqrat Qalstanyan (Srbazan) bu gün keçirilən aksiyada dayanmadan Nikol Paşinyana müraciət edir. Halbuki, Ermənistanın baş naziri hazırda ölkənin şimalında daşqınların baş verdiyi ərazilərdədir.
Ednews xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
“Əgər Paşinyan xalqın qarşısına çıxmazsa, bu, o deməkdir ki, o, öz xalqından qaçır, yəni onun artıq bu xalqla heç bir əlaqəsi yoxdur”, deyə Baqrat Qalstanyan qeyd edib.