Rusiyanın Çinlə “Sila Sibiri – 2” qaz kəmərinin tikintisinə dair saziş bağlamaq cəhdləri dalana düşüb.
Ednews - un məlumatına görə nüfuzlu "Financial Times" qəzeti yazır ki, əsas mübahisə qiymət və təchizat həcmləri məsələsində fikir ayrılığına görə baş verib.
Qəzetin mənbələrinin dediyinə görə Çin “Sila Sibiri-2” kəməri ilə çatdırılacaq qaz üçün Rusiyanın daxili yanacaq bazarı ilə eyni, yaxud buna yaxın qiymətlər ödəmək niyyətindədir. Halbuki Rusiyanın daxili bazarındakı qiymətlər hökumət subsidiyaları ilə tənzimlənir. Nəşr Pekinin Moskvadan qazı Rusiya əhalisinə satılan qiymətə satmaq istədiyiniyazır.
Bundan başqa Pekin qaz kəmərinin 50 milyard kubmetrlik güc həcminin kiçik bir hissəsini almağa hazırdır.
Əkbər Novruz