ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib ki, o, Rusiya lideri Vladimir Putinlə yaxşı anlaşır, çünki güclü liderlərlə əlaqələr qurmaq daha asandır.
Ednews rusturk.com-a istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının yeni prezident seçkilərində namizədi Donald Tramp “Impaulsive” YouTube kanalına verdiyi açıqlamada Rusiya prezidenti Putinlə münasibətləri ilə bağlı sualı cavablandırarkən “Məncə, çox yaxşıdır” deyib.
Sputnik xəbər verir ki, Tramp prezidentliyi boyu rusiyalı həmkarına qarşı çox sərt münasibət bəslədiyini bildirib və sözlərini belə davam etdirib:
"Qəribədir ki, mənə zəiflərlə münasibət qurmaqdansa, güclülərlə münasibət qurmaq daha asandır. Mən zəiflərlə yaxşı anlaşa bilmirəm".
Putin fevral ayında verdiyi açıqlamada Co Baydeni rəqibi Donald Trampdan üstün tutduqlarını bildirib.
Xəyal