Azərbaycan dili fənni üzrə keçirilən imtahananın nəticələri AÇIQLANDI

Cəmiyyət 16:50 04.07.2024

2024-cü il 30 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 12-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 12-də keçirilən imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib. 

DİM-dən Ednews-a verilən məlumata görə, imtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Şagirdlər 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. 

Abituriyentlər (şagirdlər) imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. 

İmtahanda iştirakı nəzərdə tutulan 1392 nəfərdən 90 nəfər imtahana gəlməyib. 
 

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən cari və əvvəlki illərin abituriyentləri imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Şagirdlərin imtahanda toplaya biləcəkləri maksimum bal isə 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 6 iyul saat 10:00-dan 8 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.

Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır: 

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır; 

• Abituriyentlərin (şagirdlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir; 

• Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir. 
 

Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər. 

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq. 

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq. 

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Tramp Rusiyaya 50 gün vaxt verdi
23:57 14.07.2025
Tramp və Rutte arasında görüş başlayıb
23:25 14.07.2025
Aİ-dən ABŞ-yə ixracatın 70 faizinə əlavə rüsumlar tətbiq olunur
22:51 14.07.2025
BMT-nin müqavilə və nizamnamə mexanizmlərinin öyrənilməsinə dair təlim proqramı yekunlaşıb – QHT-lər üçün
22:08 14.07.2025
Panama sahillərində güclü zəlzələ olub
21:38 14.07.2025
ISO süni intellekt ilə bağlı layihəsində iştirak üçün Azərbaycanın namizədliyini təsdiq edib
21:09 14.07.2025
Yuliya Sviridenkoya Ukrayna hökumətinin rəhbəri olmaq təklif olundu
20:41 14.07.2025
Çimərliyə ildırım düşdü
20:09 14.07.2025
Tiktoker ev dustaqlığına buraxıldı
19:36 14.07.2025
"Hava limanının radarları yadplanetlilərə yerimizi bildirir"
19:07 14.07.2025
ABŞ-İran danışıqları nə vaxt bərpa ediləcək?
18:37 14.07.2025
Şəhidlər məscidinin imamı fırıldaqla üzləşdi
18:07 14.07.2025
Mühafizə zonalarına nəzarət mexanizmləri təkmilləşdiriləcək
17:52 14.07.2025
"NATO Moldovanı Moskva ilə müharibəyə hazırlayır"
17:37 14.07.2025
Azərbaycanda iki yeni milli park yaradıldı
17:22 14.07.2025
İdmançı öküz hücumuna məruz qaldı
17:07 14.07.2025
Araz çayında batan şəxsin şəxsiyyəti müəyyən olunub -YENİLƏNİB
16:58 14.07.2025
Mətbuat Şurası “Sputnik Azərbaycan”la bağlı vəziyyəti müzakirə etdi
16:35 14.07.2025
Köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatdı
16:35 14.07.2025
Makedoniyalı İsgəndərin ölüm səbəbi bağlı yeni iddia ortaya çıxdı
16:22 14.07.2025
Dövlət içində dövlət: Yeni Kaledoniya Fransa sistemini dəyişir -Analitik Baxış
16:07 14.07.2025
İclas bitdi, deputatlar tətilə buraxıldı
15:52 14.07.2025
Rusiya Qafqazı niyə itirir? -Analitik Baxış
15:37 14.07.2025
Paşinyan Makronu altıncı dəfə Ermənistana dəvət etdi
15:22 14.07.2025
“Fud Siti”yə basqın gözlənilir
15:07 14.07.2025
Prostat xərçəngi necə yaranır?
14:53 14.07.2025
Vağzallar kassasız işləyəcək
14:38 14.07.2025
DTX vətəndaşların şəxsi məlumatlarını satan dəstəni ifşa etdi
14:23 14.07.2025
Paşinyan Brüsselə getdi
14:09 14.07.2025
“Putin gündüz xoş danışır, axşam isə...” -Donald Tramp
13:54 14.07.2025
Suriyada etnik zəmində toqquşma baş verib -onlarla ölən var
13:39 14.07.2025
Aİ ABŞ-yə qarşı cavab tarifləri hazırlayır
13:24 14.07.2025
Ukraynada hərbi vəziyyətin müddəti uzadılacaq
13:09 14.07.2025
Şəhərsalma və tikinti prosedurları sadələşdirildi
12:54 14.07.2025
Təminat Fonduna yeni səlahiyyət verildi
12:39 14.07.2025
Mediada saxta məlumatlara qarşı yeni normaları təsdiqləndi
12:24 14.07.2025
Milli Məclis informasiya agentliklərinə dair yeni tələbləri qəbul etdi
12:09 14.07.2025
"İşimizi müzakirə edənlər elə bil paralel həyatda yaşayır"
11:54 14.07.2025
Çelsi dünya çempionluğundan nə qədər qazandı?
11:39 14.07.2025
Bu il Türkiyədə FETÖ-yə qarşı əməliyyatlarda 900-dən çox şübhəli saxlanılıb
11:24 14.07.2025
Hamısı