Almaniya hökuməti iyunun 17-də Aİ liderlərinin görüşündə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ikinci müddətə namizədliyini irəli sürəcək.
Ednews xəbər verir ki, bu barədə “Reuters” agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Beləliklə, Almaniya kansleri Olaf Şolzun Lyayenin namizədliyini dəstəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, martın 7-də Avropa Xalq Partiyasının Buxarestdə keçirilən qurultayında fon der Lyayenin Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd kimi irəli sürülüb. Avropa İttifaqının əsas sənədlərinə görə, AK rəhbəri Aİ-nin sammitində Avropa İttifaqı liderlərinin qərarı ilə təyin olunur və AP-də gizli səsvermə yolu ilə təsdiqlənir.