Ərdoğan Qazaxıstanda Putinlə danışıqlar aparmaq niyyətindədir.
Ednews xəbər verir ki, bu barədə rus mətbuatı yazıb.
Mənbə qeyd edir ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada keçiriləcək sammiti çərçivəsində Türkiyə və Rusiya Federasiyası liderləri Ukraynadakı münaqişəni, taxıl tədarükü fonunda Qara dənizdəki vəziyyəti, Akkuyu AES-in tikintisini, qaz qovşağının yaradılması perspektivlərini müzakirə edəcəklər.
Xatırladaq ki, ŞƏT sammiti iyulun 3-4-də keçiriləcək.