“Kipr Respublikası bu müharibədə heç bir şəkildə iştirak etməyib”.
Ednews xəbər verir ki, bu sözləri Kipr prezidenti Nikos Christodoulides Hizbullahın baş katibi Həsən Nəsrullahın Kipri təhdid etməsinə cavabında deyib.
Qeyd edək ki, ötən gün Hizbullah rəsmisi İsrail dövlətini birbaşa hədələyərək ölkə ilə tam müharibə şəratinin yarana biləcəyini bildirib. İsrailin Livana qarşı hərbi əməliyyatlar həyata keçirməsinin qarşısını almağa çalışan Hizbullah bu halda Kipri hədəf alacağını bildirib.
Loğman Yunis