BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Ukraynadakı xəstəxana hücumu haqqında danışıb.
Ednews CNN-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının qiymətləndirməsinə görə, Ukraynanın ən böyük uşaq xəstəxanası, bazar ertəsi Rusiya raketi ilə birbaşa vurulub. NATO hücumdan sonra Kiyevin hava hücumundan müdafiəsini gücləndirməyə razılaşıb.
Rusiya dəfələrlə Kiyev xəstəxanasına hücumu təkzib edib və heç bir sübut olmadan partlayışın Ukraynaya məxsus zenit raketi ilə törədildiyini iddia edib. Lakin BMT-nin insan haqları rəsmisi deyib ki, dəlillər Moskva qüvvələrinin ölümcül hücuma görə məsuliyyət daşıdığını göstərir.
BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Danielle Bell jurnalistlərə açıqlamasında "Video çəkilişlərin təhlili və hadisə yerində aparılmış araşdırmalarin nəticəsi bizə göstərir ki, hadisə hər hansı bir havadan müdafiə sisteminin deyil, birbaşa hədəf alınmış bir hücumun nəticəsidir" - deyə bildirib
A. Mikayıl