Birləşmiş Ərəb Əmirliklərində universitet tələbəsi məzuniyyəti tədbiri zamanı “Azad Fələstin” şüarları səsləndirdiyi üçün deportasiya edilib.
Ednews Türkiyə KİV-ə istinadən xəbər verir ki, universitet rəhbərliyi tələbənin bu hərəkətinin milli təhlükəsizliyə təhdid təşkil etdiyini bildirib və onun ölkəyə girişinə qadağa qoyub.
Qeyd edək ki, bu hadisə beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurub. İnsan hüquqlarını müdafiə edən bir sıra təşkilatlar Birləşmiş Ərəb Əmirliklərini tənqid edərək , tələbənin ifadə azadlığının pozulduğunu iddia edir.
Əkbər Novruz