Dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çin, aprel-iyun dövründə gözləntilərin altında böyüdü. Bu, Pekin hökumətinin iqtisadiyyatı stimullaşdırmaq üçün daha çox stimullar elan edəcəyi ilə bağlı gözləntiləri artırıb.
Ednews bloomberght-ə istinadən xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkə iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artıb.
Bu, 2023-cü ilin birinci rübündən bəri görülən ən yavaş artım kimi qeydə alınıb. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta hesablamasını 5,1 faiz təşkil edib.
İqtisadiyyat ilin birinci rübündə 5,3 faiz, rüblük əsasda 0,7 faiz, birinci rübdə isə 1,6 faiz artıb.
Statistika Bürosunun verdiyi açıqlamada xarici mühitin mürəkkəb olduğu və daxili tələbatın kifayət qədər olmadığı vurğulanıb. Artımın yavaşlamasında əlverişsiz hava şəraiti və sel kimi qısamüddətli amillərin təsirli olduğu bildirilib.
İyun ayında ölkədə pərakəndə satışlar da 2 faiz artıb, bu, 2022-ci ilin dekabrından bəri ən yavaş artımdır.
Artım məlumatları göstərir ki, Çin səlahiyyətliləri iqtisadiyyatı dəstəkləmək üçün xərcləri artırmaq üçün daha çox şey etməli olacaqlar.
Xəyal