"Qərb Rusiya ilə birbaşa hərbi münaqişəyə hazırlaşır".
Ednews "TASS"a istinadən xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandar Vuçiç "Pink" telekanalına müsahibəsində deyib.
O, hesab edir ki, Qərb ölkələri hazırda Rusiya ilə birbaşa münaqişəyə girmək üçün fəal hazırlıqla məşğuldur:
"Qərb illər boyunca Rusiya ilə uzaqdan, başqa ölkənin vasitəsilə, pul yatırmaqla müharibə aparmağa çalışırdı, lakin hazırda onlar [Rusiya ilə birbaşa münaqişəyə] hazır deyillər. Hazır olacaqlarmı? İndi hazır deyillər, amma düşünürəm ki, onlar artıq Rusiya Federasiyası ilə münaqişəyə hazırlaşırlar", - Vuçiç Pink telekanalına deyib.
Əkbər Novruz