Rusiya Federasiyası 5-8 ildən sonra NATO-ya hücum edə bilər.
Ednews xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələrinin (Bundesver) generalı Breuer “Zeitung” qəzetinə müsahibəsində bildirib.
Breuerin sözlərinə görə, Rusiya ordusu hər il 1000-dən 1500-ə qədər tank alır:
“Avropanın beş ən böyük NATO ölkəsi isə birlikdə bu rəqəmin yalnız yarısını alır”.
Generalın sözlərinə görə, 5-8 ildən sonra Rusiya ordusu tamamlanacaq və o dərəcədə təchiz olunacaq ki, Rusiyanın NATO ərazisinə hücumu tamamilə mümkün olacaq.