Türkiyə səması “Polad Günbəz” ilə qorunacaq

Dünya 11:17 08.08.2024

Türkiyədə hava hücumundan müdafiənin (HHM) təmin olunması üçün yaradılan yeni “Polad Günbəz” (“Çelik Kubbe”) konsepsiyası təqdim edilib.

Ednews xəbər verir ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Müdafiə Sənayesi İcraiyyə Komitəsində “Polad Günbəz” konsepsiyasının təqdimatı baş tutub və onunla bağlı vacib qərarlar qəbul edilib.

“TRT Haber” televiziya kanalının rəsmi saytında yeni konsepsiya ilə bağlı dərc edilən məqalədə bildirilib ki, hazırda Türkiyənin xüsusilə hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olduğu açıq-aydın görünür. Türkiyədə sözügedən sahə üzrə bir tərəfdən yerli və milli sistemlər inkişaf etdirilir, digər tərəfdən isə bu sistemlər inkişaf etdirilənə qədər xarici ekvivalentlər alınır.

“Polad Günbəz”i Türkiyə səmasının dörd bir tərəfini əhatə edəcək təhlükəsizlik çətiri kimi düşünmək olar. Bu laylı hava hücumundan müdafiə sisteminin əsas məqsədi çox alçaq hündürlüklərdən başlayaraq ən yüksək səviyyəyə çatan bir diapazonda təhlükələrə cavab verməkdir. Türkiyənin irəli sürdüyü “Polad Günbəz” yanaşması da məhz bunu hədəfləyir.

Sistem üçün yol xəritəsini ən sadə formada izah etmək istəsək, belə bir siyahı mümkündür: Hədəfi müəyyənləşdirin, diaqnoz qoyun, sonra qiymətləndirin, qərar verin və nəhayət məhv edin. Bu məsələ nə qədər sürətli və daha koordinasiyalı işləyirsə, qorumaq istənilən ərazi də bir o qədər təhlükəsizləşir.

ASELSAN şirkəti “Polad Günbəz” konsepsiyası üçün işin ən böyük hissəsini öz üzərinə götürür. Sistemin tam olaraq nə vaxt tamamlanacağı bəlli deyil. Bununla belə, “Polad Günbəz” üçün tələb olunan bəzi sistemlər artıq inkişaf etdirilib və hazırda əməliyyat meydanında istifadə olunur.

Qeyd olunduğu kimi, konsepsiyada ASELSAN aparıcı rola malikdir. Təbii ki, ASELSAN-dan başqa, digər şirkətlər də – ROKETSAN, MKE, TÜBİTAK SAGE və s. yeni konsepsiyada yer almaqdadır.

Laylı hava hücumundan müdafiə şəbəkəsindən danışdıqda onu 4 təbəqəyə bölmək olar: çox qısa mənzilli, qısa mənzilli, orta mənzilli və uzun mənzilli.

Birinci sırada çox qısa mənzilli hava hücumundan müdafiə sistemləri var. Adından da göründüyü kimi, onlar çox yaxın məsafədən gələ biləcək təhdidlərin həlli üçün istifadə olunur. Maksimum təsir diapazonu 10 kilometr və hündürlük həddi 5 kilometr olan bu ilk perimetr üçün Türkiyənin fərqli variantları var.

ASELSAN istehsalı “Korkut”, “Gökberk”, “Şahin”, “Göker”, “İhtar” və SUNGUR təbəqənin birinci hissəsində ilk ağla gələnlərdir.

Gələk 5-10 kilometr arasında tanınan alçaq hündürlük qatına. Burada da Türkiyənin əli güclüdür. HERİKKS, C-RAM, HİSAR A+, GÖKDEMİR, GÜRZ lazım olduqda istifadə edilə bilən sistemlərdir.

Növbəti təbəqə 10-15 kilometr hündürlüyü əhatə edən “orta hündürlük” kimi tanınan hissədir. Burada KALKAN 1, KALKAN 2 və HİSAR O+ gözə çarpır.

KALKAN bu nöqtədə bir növ “gözətçi” rolundadır. Sistem ən sadə formada mobil hava hücumundan müdafiə radarı kimi müəyyən edilir. Hava hədəflərini tez və ən dəqiq şəkildə aşkar edir. Türkiyənin ilk milli hava hücumundan müdafiə radarı olan sistem proses zamanı yeni imkanlar da qazanıb.

Çətirin yuxarı hissəsində uzaq mənzilli hava hücumundan müdafiə sistemləri var. Nəzərinizə çatdıraq ki, bu ərazi üçün hündürlük 15-30 kilometr arasında, məsafəsi isə 60 kilometrdən yuxarıdır. Buradakı əsas pay isə SİPER-ə məxsusdur.

Türkiyənin yerli və milli qaynaqlarla inkişaf etdirdiyi ilk uzun mənzilli hava hücumundan müdafiə sistemi olan SİPER-in bu il inventarına daxil olması gözlənilir. Açıq mənbələrdə əksini tapan bəzi məlumatlara görə, ilk mərhələdə 100 kilometr mənzilli SİPER Ürün-1 (və ya Blok-1) Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil ediləcək. Daha sonra diapazonu artırılmış SİPER-2-ni inventarda görəcəyik. Nəhayət, bu sahə SİPER-3 ilə tamamlanacaq.

Bu sistemlər Türkiyənin bir çox fərqli nöqtələrində radar şəbəkələrinə inteqrasiya olunacaq. Bununla da həm radarlar, həm də bir-biriləri ilə əlaqə qurulacaq. Təbii ki, bütün bu proseslər başa çatdıqdan sonra Ankara uzun illərdir hədəflədiyi hava hücumundan müdafiə sahəsində inteqrasiyanı əldə etmiş olacaq.

Yalnız radarlar və ya hava hücumundan müdafiə sistemləri baxımından düşünmək bütün mənzərəni yarımçıq qoyur. Türkiyə həmçinin havadan xəbərdarlıq üçün istifadə etdiyi sistemlərdə qabaqcıl imkanlara malikdir.

Bütün bunları bir yerə toplansa, Türkiyə yüksək inkişaf etmiş sistemlər və mümkün olan ən sərfəli həll yolu ilə heç kimə güvənmədən öz hava müdafiəsini qoruya bilər.

Qeyd edək ki, bütün yuxarıda sadalanan sistemlərin bir yerdə və koordinasiyalı şəkildə çalışması ASELSAN-ın HAKİM Hava Komanda İdarəetmə Sistemi (HKİS) tərəfindən təmin olunacaq.

HAKİM HKİS, fərqli tip və qabiliyyətə malik sensorlardan aldığı məlumatları qiymətləndirərək “Müəyyənlənmiş Hava Görüntüsü” yaradan, sahib olduğu təhlükənin qiymətləndirilməsi və ov/silah alqoritmlərinin vasitəsilə Silah Sistemləri və Qırıcı Təyyarələr üzərindən Hava Missiyasını İdarəetmə fəaliyyətini həyata keçirən, real vaxt rejmində qərara dəstək funksiyaları ilə taktiki və əməliyyat səviyyəsində Hava Məkanına Nəzarət fəaliyyətlərini yerinə yetirmək imkanı verən hava komanda idarəetmə sistemidir.

Hərbi Hava Qüvvələrinin bütün qərar dəstək elementləri ilə C4ISR (Command, Control, Communications, Computers (C4) Intelligence, Surveillance and Reconnaissance (ISR)) proseslərinə inteqrasiya edilən HAKİM, özünəməxsus yerli və milli alqoritmləri sayəsində bütün ünsürlərin bir-biri ilə uyğun formada və səmərəli şəkildə fəaliyyət göstərməsini təmin edir.

Bu sistem, müxtəlif növ sensorlardan aldığı məlumatları qabaqcıl “fusion” (füzyon) alqoritmləri ilə emal edir, hava mənzərəsi ilə bağlı operatorlara diaqnostik variantlar təklif edir və müəyyənlənmiş hava şəklini yaradır.

Daha sonra müəyyənlənmiş hava şəklindəki təhlükələrə qarşı qabaqcıl səviyyə təhdid qiymətləndirmə və silah bölgüsü alqoritmlərindən istifadə edərək döyüş təyyarələri, pilotsuz uçuş aparatları, “səth-hava” tipli raketlər və lüləli silah sistemləri ilə hava məkanı idarəetmə missiyasının effektiv icrası üçün lazımi qərar dəstək elementlərini təmin edir.

Sistemin əsas üstünlüklərindən biri modul və genişləndirilə bilən arxitekturası sayəsində hazırda inventarda olan və gələcəkdə inventarda yer alması planlaşdırılan sistemlərlə tamamilə uyğun formada işləmək qabiliyyətinə sahib olmasıdır.

“Polad Günbəz” konsepsiyası ilə bağlı ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol öz fikirlərini bölüşüb: “Addım-addım inkişaf etdirdiyimiz texnologiyalarla yaratdığımız “Polad Günbəz” konsepsiyamızın arxasında dövlətimizin polad iradəsi dayanır”.

Onun sözlərinə görə, “sistemlər sistemi” adlandırla biləcək “Polad Günbəz” bütün hündürlük və məsafələrdə ölkənin hava məkanındakı hər cür təhlükəni aradan qaldıraracaq və Türkiyə Silahlı Qüvvələrini daha da gücləndirəcək.

“Müdafiə Sənayesi Başqanlığımız koordinasiyası altında ROKETSAN, SAGE, MKE və digər tərəfdaşlarımızla birlikdə “Polad Günbəz”i genişləndirmək və inkişaf etdirmək üçün bütün gücümüzlə çalışacağıq”, – deyə A.Akyol qeyd edib.

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Hollivud “Hattuşalı Adama” Qapılarını Açır
22:51 19.07.2025
Britaniya yeni qırıcı təyyarə yaradır
22:24 19.07.2025
Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərindən danışdı
21:55 19.07.2025
Avstraliya Ukraynaya "Abrams" tankları verdi
21:24 19.07.2025
İranda ardıcıl ikinci güclü partlayış baş verdi
20:51 19.07.2025
ABŞ-dən asılılıq bitir: Avropa öz ordusunu qurur?
20:29 19.07.2025
Tramp Avropanı təhdid edir: Ən çox hansı ölkələr zərər görəcək?
19:51 19.07.2025
Suriyada yeni qarşıdurma: İsrailin dəstəklədiyi druzlar kimlərdir?
19:21 19.07.2025
Kiçik meyvənin böyük möcüzələri -Zeytunun daha əvvəl bilmədiyimiz faydaları
18:59 19.07.2025
"Genius" kriptovalyuta bazarında nələri dəyişəcək?
18:26 19.07.2025
“Visa” və “Mastercard”a qarşı araşdırmalar başladı
17:52 19.07.2025
Ağız qoxusunun əsl səbəbi bilindi
17:39 19.07.2025
İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü başlayıb
17:15 19.07.2025
"Onlar İlham Əliyevdən öyrənməyə çalışırlar"
17:02 19.07.2025
22 yaşlı qız döyülərək öldürüldü
16:55 19.07.2025
Hizbullah ABŞ-la razılaşmanın şərtlərini açıqladı
16:49 19.07.2025
"Ukraynanı dəstəkləməyə davam edəcəyik"
16:20 19.07.2025
"Hədəf Türkiyədir" -Suriyalı siyasi ekspert danışdı
15:56 19.07.2025
Pentaqon Microsoft-Çin əlaqəsini araşdıracaq
15:22 19.07.2025
İrəvan sərhəd məntəqəsinə Tələt Paşanın adının verilməsinə reaksiya verdi
14:52 19.07.2025
Aİ Rusiya ilə sərhədi qorumaq üçün Finlandiyaya vəsait ayıracaq
14:21 19.07.2025
Es-Süveydadakı toqquşmalar nəticəsində ölənlərin sayı 718 nəfərə çatıb
13:59 19.07.2025
Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuliyə gəlib
13:45 19.07.2025
Avropa İttifaqının 18-ci sanksiyalar paketi qüvvəyə mindi
13:30 19.07.2025
Suriyanın Prezidenti Es-Süveydada atəşkəs elan edib
12:54 19.07.2025
Tramp hansı "möcüzə"dən danışır? -Ekspert Rəyi
12:22 19.07.2025
"Fənərbağça" Hakan Çalhanoğlunu transfer etmək üçün hərəkətə keçib
12:06 19.07.2025
“Yeni yaşayış məntəqələrində əhalinin rifahı və təhlükəsizliyi təmin olunur” -Deputat Qarabağa qayıdışdan danışdı
11:51 19.07.2025
"Arsenal" yeni transferini elan etdi
11:14 19.07.2025
Castin Biberin borcunu həyat yoldaşı ödəyəcək?
10:41 19.07.2025
Güclü külək, aramsız yağış, daşqın və fırtına - Amerikalı alimlərdən dəhşətli proqnozlar
10:07 19.07.2025
Ürək dərmanları təhlükəli ola bilər
09:38 19.07.2025
"Belçika Nümayəndələr Palatasının qəbul etdiyi qətnamədə irəli sürülən ittihamları rədd edirik"
09:07 19.07.2025
"Moskvaya uçan dörd PUA vurulub"
09:06 19.07.2025
Tramp Merdokdan təzminat tələb edir
08:39 19.07.2025
Amazoniya-Azərbaycanda qadın dövləti
08:09 19.07.2025
Maduro Salvador hakimiyyətini ittiham edib
07:37 19.07.2025
İsrail və Suriya atəşkəs barədə razılığa gəliblər
07:04 19.07.2025
Suriya Əs-Suveydaya xüsusi təyinatlılar göndərəcək
06:35 19.07.2025
Alimlər nəsli kəsilməkdə olan növləri xilas etməyin yolunu tapıb
06:02 19.07.2025
Hamısı