HƏMAS terror təşkilatı Böyük Britaniyanın İkinci Dünya müharibəsində həlak olmuş hərbçilərinin qəbrlərini qazıb çıxarır.
Ednews The Telegraph-a istinadən xəbər verir ki, bu barədə İsrail rəsmiləri xəbər verib. Xəbərə görə, HƏMAS üzvləri Qəzzada basdırılmış İkinci Dünya müharibəsi zamanı orada basdırılmış Britaniya hərbçilərinin qəbrlərini aşkar edərək onları qazır.
Qeyd edək ki, buraya təkcə Böyük Britaniya yox, həm də "Commonwealth" ölkələrinin veteranları aiddir. Məlumat üçün qeyd edək ki, Qəzzada müharibədən qalma 3000 qəbrdən ibrarət məzarlıq var.
Rəsmi London bu addımı "vəhşət" adlandırıb və HƏMAS-ı sərt şəkildə tənqid edib.