Avropa İttifaqının bu günkü toplantısının gündəmində Miqrasiya məsələsidir. Belə ki, bu günlərdə Polşanın Baş Naziri Donald Tusk Rəsmi Varşavanın Belarus vasitəsilə Polşaya gələn miqrantların sığınacaq hüququnun dayandırılacağını bildirib. Bundan əlavə Almaniya Kansleri Olaf Şulfz içində bir miqrantın da olduğu silahlı hücum səbəbilə ölkə sərhədlərini Aİ qonşuları üçün bağladığını açıqlamışdı. Fransanın yeni təyin olunmuş Baş Naziri Mişel Barnye isə miqrantların uzaqlaşdırılmağı üçün Aİ-nin deportasiya qaydalarına yenidən baxılmasını zəruri hesab etdiyini bildirmişdi. İtaliyanın lideri Ciorciya Meloni isə ölkəsinin Albaniyada yerləşən miqrant düşərgələri haqqında danışmışdı.
Bir çox avropalı politoloq-ekspertlər bu bəyanatları əsas gətirərək proqnozlaşdırırlar ki, miqrasiya toplantının əsas mövzusu olacaq.
Volodimir Zelenskinin “Qələbə Planı”-nın açıqlanmasından dərhal sonra miqrasiya məsələsinin müzakirəyə yatırılmağı xüsusi maraq doğurur.