Kazanda keçirilən sammitdə BRİKS-ə üzv dövlətlərin liderləri hələlik ittifaqa yeni üzv qəbul etməmək, əvəzində bəzi ölkələrə BRİKS tərəfdaşı statusu vermək qərarına gəliblər.
Bu barədə İranın xarici işlər naziri Abbas Araqçı bildirib.
“30-35 ölkənin Assosiasiyaya qoşulmaq xahişinə cavab olaraq BRİKS liderləri Kazanda keçirilən iclasda qərara gəliblər ki, hazırda quruma yeni üzvlər qəbul edilməyəcək, bəzi ölkələr isə BRİKS-ə tərəfdaş kimi qoşulacaqlar”, – o bildirib.