"Politico" agentliyinin təşkil etdiyi "Power Play" podkastında qonaq qismində çıxış edən Böyük Britaniyanın Müdafiə Naziri Con Hili Böyük Britaniya ordusunun hazırki vəziyyətindən danışıb:
"Biz İyulda hakimiyyətə gələndə vəziyyətin pis olduğunu təxmin edirdik. Amma maddi vəziyyət və ordunun hazırki vəziyyəti təxmin elədiyimizdən də pisdir.
NATO-nun və bizim kifayət qədər döyüş təcrübəmiz var. Amma biz müharibəyə hazır deyildik. Vəziyyət belə göstərdi ki, əgər biz müharibəyə hazır deyiliksə, düşmənin irəliləməyini də dayandıra bilmərik".
EDnews